BAKI, 2 fevral. TELEQRAF

İrəvan Məhkəməsi ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyanın tarixçi Njde Ovsepyan və Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə qarşı iddiasını rədd edib.

Teleqraf xəbər verir ki, separatçı sözügedən şəxs və qurumu ona “böhtan” atmaqda günahlandırmışdı.

Məhkəməyə müraciət edən Samvel Şahramanyan iddia edib ki, 9-cu sinif “Tarix” dərsliyində yer alan “Dağlıq Qarabağ Respublikasının prezidenti Dağlıq Qarabağ Respublikasının ləğvi haqqında fərman imzalayıb” ifadəsi yalan, böhtan və təhqirdir. İrəvan Məhkəməsi Samvel Şahramanyanın bu iddiasının təsdiqlənmədiyini bildirib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejim ordumuzun 2023-cü il sentyabrın 19-da həyata keçirdiyi antiterror tədbirlərindən sonra ləğv edilib. Samvel Şahramanyan bundan sonra - sentyabrın 28-də separatçı rejimin sonuncu başçısı “qurumun ləğvi barədə fərman” imzalayıb.