BAKI, 29 yanvar. TELEQRAF
Ermənistan Moskva ilə sıx əməkdaşlıq edir və münasibətləri bütün sahələrdə inkişaf etdirir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Biz həm Rusiyayla, həm də Çinlə çox sıx əməkdaşlıq edirik. Mən Rusiya Prezidenti ilə iki-üç görüş keçirmişəm və münasibətlərimizi bütün sahələrdə inkişaf etdiririk",- o qeyd edib.
Baş nazir həmçinin regional kommunikasiyaların açılması ilə bağlı əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıb:
"Biz istəyirik ki, Rusiya tərəfi ilə bu məsələdə əməkdaşlığımızı gücləndirək. Bu mövzuda yazılı müraciət etmişik. Düzünü deyim, hələ Rusiya tərəfindən yazılı cavab alınıb-alınmadığını bilmirəm amma ümumilikdə müsbət siqnallar alırıq və ümid edirik ki, proses sürətləndiriləcək".