BAKI, 28 yanvar. TELEQRAF

Ermənistan ordusunun beynəlxalq müqavilələrə əsaslanan sülhməramlı missiyalarda iştirak istisna olmaqla, beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometr ərazini müdafiə etməkdən başqa vəzifəsi yoxdur.

Teleqraf xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin yaradılmasının 34-cü ildönümü münasibətilə yayımladığı təbrik mesajında 6 oktyabr 2022-ci ildə Praqada dördtərəfli formatda əldə olunmuş siyasi razılaşmaya toxunub.

N. Paşinyan bildirib ki, həmin razılaşmaya əsasən Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır:

"Bu strategiya ardıcıl şəkildə davam etdiriləcək. Ermənistan ordusunun beynəlxalq müqavilələrə əsaslanan sülhməramlı missiyalarda iştirak istisna olmaqla, beynəlxalq səviyyədə tanınmış 29 743 kvadrat kilometr ərazini müdafiə etməkdən başqa vəzifəsi yoxdur".

Baş nazir həmçinin Azərbaycan və Ermənistan arasında demarkasiya məsələsinə də toxunub:

"Bu məsələ hər iki ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan demarkasiya komissiyalarının birgə fəaliyyətinin əsasnaməsində öz əksini tapıb və demarkasiya prosesi çərçivəsində həll olunacaq".