BAKI, 30 dekabr. TELEQRAF
Rusiya Ermənistan və ABŞ arasında həyata keçirilən "Tramp marşrutu" (TRIPP) layihəsini diqqətlə izləyir, lakin indiyə qədər bu istiqamətdə praktik iş aparılmayıb.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Noev Kovçeg” qəzetinə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya bu layihə üzrə mövqeyini yalnız konkret addımlar atıldıqdan sonra formalaşdıracaq:
"Tramp marşrutu" Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) üzvlüyünü də təsir edə bilər, çünki yük daşımaları ölkə ərazisindən Aİİ qanunvericiliyinə uyğun tənzimlənir. Rusiya bu məsələdə Ermənistan tərəfi ilə konkret məsləhətləşmələr aparmağa hazırdır".
Səfir Rusiyanın Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasını davamlı şəkildə dəstəklədiyini xatırladıb.
O əlavə edib ki, bu istiqamətdə irəliləyiş 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycanın liderləri arasında əldə olunmuş üçtərəfli razılaşmalara əsaslanır:
"Müvafiq proseslər regiondakı bütün maraqlı ölkələrin və qonşularının maraqlarını nəzərə almalıdır".