BAKI, 12 dekabr. TELEQRAF

Zod mədəninin sərhəd hissəsində Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən delimitasiya və demarkasiya ilə əlaqədar birgə sahə tədqiqat işləri aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən yerli KİV-ə bildirilib.

Ofis qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycan və Ermənistanın sərhəd komissiyaları tərəfindən razılaşdırılmış əsasnamə ilə tənzimlənir.

Mqer Qriqoryan bundan əvvəl bəyan etmişdi ki, “Tramp yolu” ilə əlaqədar olaraq, delimitasiya və demarkasiya prosesi növbədənkənar qaydada Sünik vilayətində (Qərbi Zəngəzur) həyata keçirilə bilər.