BAKI, 1 dekabr. TELEQRAF
Ermənistan Baş Prokurorluğu istefada olan general-mayor Qriqori Xaçaturov barəsində cinayət işi açıldığını və beynəlxalq axtarışa verildiyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, 3-cü Ordu Korpusunun keçmiş komandiri Qriqori Xaçaturov (Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu) müharibə zamanı ölümlə nəticələnən rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Digər təfərrüatlar açıqlanmayıb.
Artıq Xaçaturovun barəsində “vəzifə mövqeyindən istifadə edərək cinayət yolu ilə əldə edilmiş daşınmaz əmlakın külli miqdarda leqallaşdırılması” maddəsi ilə cinayət işi açılıb.