BAKI, 21 noyabr. TELEQRAF
“Gürcüstanın hüquqi-siyasi məkanında “Cənubi Osetiya” termini artıq işlədilməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Spikerin sözlərinə görə, son günlərdə bu məsələ ilə bağlı xaricdən maliyyələşən QHT-lər tez-tez danışırlar:
“Bugünkü vəziyyət və regiondakı müxtəlif proseslər, həmçinin tarixi nəzərə alanda, məsələ tam aydın görünür. Üstəlik, son günlərdə bu bir daha təsdiqlənib. Bu qərarla bağlı digər partiyalar və radikal müxalifətin ciddi etirazı olmadığını gördünüz. Bəs kim danışmağa başladı? Xaricdən maliyyələşən QHT-lər. İki-üç belə QHT çıxıb deyir ki, “niyə “Cənubi Osetiya” adlandırılmamalıdır?” və sair. Bu da göstərdi ki, bu mövzu üzrə onlar birbaşa tapşırıq alıblar. Bu mövzunun illərlə gündəmdə qalması və indi bu QHT-lərin reaksiyası göstərir ki, səlahiyyətli və güclü hakimiyyət olmasaydı, onlar buna qarşı daha sərt səslər qaldırardılar”.
Qeyd edək ki, Cənubi Osetiya və ta Sxinvali 1992-ci ildə Rusiya və bölgədəki separatçılar tərəfindən işğal olunub. Rusiya 2008-ci ildə bölgəni “müstəqil dövlət” kimi tanıyıb.