BAKI, 18 oktyabr. TELEQRAF
Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası prosesi davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.
“Hazırkı durumda torpaq sahələrinin dəqiq ölçülməsi və hesablanması hər iki tərəf üçün bu mərhələdə mümkün deyil. Buna görə də ikitərəfli komissiya yaradılıb, delimitasiya və demarkasiya - sərhədlərin müəyyənləşdirilməsi prosesi davam edir”, - spiker bildirib.