BAKI, 3 oktyabr. TELEQRAF

“Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiyası prosesi gedir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri “TVP World” telekanalına müsahibəsində deyib.

Nazir xatırladıb ki, artıq sərhədin 12 kilometri demarkasiya edilib.

“Əlbəttə, onilliklərlə davam edən münaqişə həm də ağır psixoloji yük toplayıb. Hər iki tərəfdə qan tarixi və yaddaşı var. Hesab edirəm ki, cəmiyyətlər arasında hələ də müəyyən dərəcədə ehtiyatlılıq var. Razılaşma prosesi vaxt aparacaq. Amma sülh bərqərar olub, bu, hər iki tərəfdən daimi qayğı və gündəlik səy tələb edir. Bu kontekstdə qeyd etməliyəm ki, hər hansı bir tərəfdən aqressiv ritorika heç bir şəkildə prosesə töhfə vermir”, - nazir qeyd edib.