BAKI, 3 oktyabr. TELEQRAF
Ermənistanın Rusiyanın Sankt-Peteburq şəhərindəki konsulluğunda ölü Boris Avaqyanın işi ilə əlaqədar araşdırma aparılır.
Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd”a Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Xatırladaq ki, sentyabrın 24-də (Azərbaycanın Qarabağ bölgəsində) ləğv edilmiş separatçı rejimin “nümayəndəsi” Boris Avaqyan Peterburqdakı konsulluqda ölü tapılıb. Avaqyan bundan əvvəl konsulluqda olduğunu bildirərək, Ermənistana ekstradisiya tələb edən video yaymışdı.
“Joqovurd”un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsində cinayət işi başlanıb. Nazirlik prosesin əsasları və vaxtı ilə bağlı təfərrüatları açıqlamayıb.
Vəkili iddia edir ki, Avaqyan intihar edə bilməzdi, Rusiya mətbuatı isə borc məsələlərindən yazıb.
Məlumata görə, separatçı Rusiya Müdafiə Nazirliyi tərəfindən Ukraynada döyüşməyə məcbur edilsə də, o, bundan israrla imtina edib. Bundan sonra Ermənistana qayıtmaq istəsə də, külli miqdarda borcunun olması buna maneə yaradıb. Bütün bunlar Avaqsyan konsulluqda ölü tapıldıqdan sonra üzə çıxıb.
“Hadisənin baş vermə şəraiti Ermənistan və Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Amma istənilən halda Boris Avaqyanın ölümü çox müəmmalı olub”, - nəşr qeyd edib.