BAKI, 1 oktyabr. TELEQRAF

Türkmənistan parlamentinin sədri Dünyagözəl Gülmanova İrlandiyanın Aşqabbadakı fövqəladə və səlahiyyətli səfiri Kler Brosnanın etimadnaməsini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə TDH xəbər agentliyi məlumat yayıb.

Görüş zamanı K.Brosnana parlamentin fəaliyyəti və qanunvericiliyin yenilənməsi ilə bağlı tədbirlər haqqında məlumat verilib. Türkmənistanın beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ölkələri ilə əməkdaşlığının inkişafı müzakirə edilib.

Həmsöhbətlə ikitərəfli əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti genişləndirmək niyyətlərini təsdiqləyiblər.

Səfir İrlandiyanın müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün Türkmənistanla işləməyə hazır olduğunu vurğulayıb.