BAKI, 1 oktyabr. TELEQRAF
Ermənistan Kassasiya Məhkəməsi ləğv edilmiş separatçı rejimin “müdafiə naziri” general Cəlal Arutyunyanın kassasiya şikayətini rədd edib və hökm hüquqi qüvvəyə minib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Cəlal Arutyunyan cəzasını müvafiq cəzaçəkmə müəssisəsində çəkəcək.
Yanvarın 15-də məhkəmə separatçını Ermənistan Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü bəndi üzrə (“hərbi xidmətə səhlənkar münasibət”) təqsirli bilib, o, 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, C.Arutyunyan 44 günlük müharibədə Azərbaycan ordusunun PUA zərbəsi ilə yaralanıb. Hərbi cinayətkarın hərəkətdə olan maşını dronla vurulsa da, xilas ola bilmişdi.