TBİLİSİ, 29 sentyabr. TELEQRAF
Oktyabrın 2-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Gürcüstanla bağlı debat keçiriləcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.
Müzakirələr “Gürcüstanda demokratiyanın müdafiəsi və qanunun aliliyi” adı altında təşkil olunacaq.
Qeyd edək ki, son bir ildə AŞPA-da Gürcüstan mövzusu bir neçə dəfə müzakirəyə çıxarılıb, ölkə əleyhinə qətnamələr qəbul edilib. Gürcüstan hakimiyyəti qətnamələri absurd adlandırıb.
Xatırladaq ki, ötən ilin dekabrın 29-da Gürcüstan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb.