BAKI, 29 sentyabr. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması regionda əməkdaşlığın inkişafına təkan verəcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Strasburqda AŞPA prezidenti Teodor Russopulos ilə görüşündə deyib.
Baş nazir həmsöhbətinin diqqətini avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasına çəkib.
“Sülhün bərqərar olması əməkdaşlığın inkişafına və regionda sabitliyin təmin olunmasına yeni və əhəmiyyətli təkan verəcək”, - N.Paşinyan qeyd edib.