BAKI, 26 sentyabr. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər məmnunluqla qeyd ediblər ki, Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı qarşılıqlı maraq doğuran bütün sahələri əhatə etməklə dinamik şəkildə inkişaf edir.
Ararat Mirzoyan və Kaya Kallas geosiyasi və regional hadisələrlə bağlı fikir mübadiləsi aparıb və bu durumda Ermənistan-Aİ əməkdaşlığının prioritet proqramlarını qeyd ediblər.
Regional sabitlik və sülhün mühüm amili kimi Ermənistan XİN rəhbəri və Aİ-nin ali nümayəndəsi regionda beynəlxalq kommunikasiya proqramlarının (nəqliyyat dəhlizlərinin açılmasını) həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.