TBİLİSİ, 24 sentyabr. TELEQRAF
Tbilisi Şəhər Məhkəməsində təxliyə elan edilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bütün şəxslər binanı tərk ediblər, məhkəmə prosesləri dayandırılıb.
Yayılan məlumatlara əsasən, binaya bomba yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.
Əraziyə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Terrorla Mübarizə Departamentinin əməkdaşları cəlb olunub.
DTX-dən partlayıcı qurğu haqqında məlumatın alındığını təsdiqləyiblər, protokola uyğun tədbirlərin görüldüyü bildirilib.