BAKI, 16 sentyabr. TELEQRAF

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ölkəsində missiyasını başa vuran İran Mehdi Sübhanini qəbul edib.

Teleqraf xəbər verir ki, səfir İran-Ermənistan əməkdaşlığının inkişafında göstərdiyi xidmətlərinə görə səfirə təşəkkür edib.

Qriqoryan bildirib ki, İran Ermənistanın “regionda davamlı sabitlik və sülhün bərqərar olması səyləri”ni dəstəkləyib və dəstəkləməkdə davam edir.

Həmsöhbətlər Ermənistan və İran arasında əsas sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində son iki ildə əldə olunan nailiyyətləri müzakirə edib, qarşıda duran fəaliyyətlər və mümkün yeni birgə layihələr barədə fikir mübadiləsi aparıblar.