BAKI, 10 sentyabr. TELEQRAF
Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası prosesində yenilik ola bilər.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan 30 ilə yaxındır blokadadadır, indi fürsət əldə etmişik. Ona görə də bunu tezliklə imzalanmış prinsiplər: ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, suverenlik və yurisdiksiya əsasında edəcəyik”, - nazir bildirib.
Mirzoyanın sözlərinə görə, Ermənistan daxilində manipulyasiyalar dayanmır: “Kommunikasiyaların açılması ilə bağlı ABŞ tərəfi ilə də, Azərbaycanla da işləyirik. Sərhədin demarkasiyası prosesində yeniliklər ola bilər”.
Ermənistan xarici işlər naziri xüsusən də birgə dəmir yolu və digər infrastruktur layihələri ilə bağlı müzakirələrin davam etdiyini açıqlayıb.