BAKI, 2 sentyabr. TELEQRAF
Türkiyə Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun ləğvi prosesini alqışlayan bəyanat yayıb.
Teleqraf xəbər verir ki, ölkənin xarici siyasət qurumu tarixi qərar kimi xarakterizə edib.
“Biz ATƏT Nazirlər Şurasının 1 sentyabr 2025-ci il tarixli Minsk qrupunun buraxılması və onun yardımçı strukturlarının ləğvi barədə qərarını alqışlayırıq. İki ölkənin birgə səyləri nəticəsində mümkün olan bu tarixi qərar Azərbaycan-Ermənistan sülh prosesinin mühüm aspektlərindən birinə çevrildi”, - bəyanatda deyilir.