TBİLİSİ, 1 sentyabr. TELEQRAF
Gürcüstanın keçmiş Baş naziri, müxalif “Gürcüstan naminə” partiyasının lideri Giorgi Qaxariya Almaniyada yaşayış icazəsi aldığını təsdiqləyib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, bu barədə “TV Pirveli” kanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, əldə etdiyi uzunmüddətli viza Avropada iş hüququnu nəzərdə tutur.
“Söhbət siyasi sığınacaqdan getmir. İşim birbaşa Gürcüstanla, ölkənin Avropa gələcəyi, avrointeqrasiya və Avropa İttifaqının genişlənməsi istiqamətində ekspert fəaliyyəti lə bağlı olacaq”, - G.Qaxariya deyib.
Sabiq hökumət başçısı yaxın zamanlarda Tbilisiyə getməyə hazırlaşmadığını vurğulayıb.
***
10:16
TBİLİSİ, 1 sentyabr. TELEQRAF
Gürcüstanın keçmiş Baş naziri, müxalif “Gürcüstan naminə” partiyasının lideri Giorgi Qaxariya Almaniyada yaşayış icazəsi alıb.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “Rustavi 2” telekanalı məlumat yayıb.
“Gürcüstan naminə” partiyası məlumatı nə təkzib, nə də təsdiq edib. Bildirilib ki, G.Qaxariya Avropa İttifaqında işgüzar səfərdədir, onun siyasi fəaliyyətini harada davam etdirəcəyi və Gürcüstana qayıdıb-qayıtmayacağı yaxın vaxtlarda məlum olacaq.
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının deputatı Tengiz Şarmanaşvili deyib ki, G.Qaxariyanın Almaniyada yaşayış izni alması onun hər zaman əməllərinə görə məsuliyyətdən qaçdığını bir daha təsdiqləyir.
Qeyd edək ki, Gürcüstanın sabiq hökumət başçısı artıq bir neçə aydır ölkə xaricindədir. O, ölkəni müxalif siyasətçilərin həbsi fonunda tərk edib.
Xatırladaq ki, G.Qaxariya 2017-2019-cu illərdə Gürcüstanın daxili işlər naziri, 2019-2021-ci illərdə isə Baş naziri olub.