BAKI, 29 avqust. TELEQRAF
Ermənistanın Artik şəhərinin meri Ananik Voskanyanın Rusiyaya girişi qadağan edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, məsələ A.Voskanyanın 1965-ci ildə şəhərdə tikilmiş İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidəni sökdürməsi ilə bağlıdır:
“Xəbər ajiotaj yaradıb, hətta Rusiya mətbuatında da yayılıb. Məsələ Moskvada Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi kontekstində nəzərdən keçirilib.
Ananik Voskanyan hadisədən sonra, bu yaxınlarda qohumunun tədbirində iştirak etmək üçün Rusiyaya getmək istəsə də, iki gün hava limanında saxlanılıb, sonra isə 50 il müddətinə Rusiyaya girişinə qadağa qoyulduğu məlum olub”.