BAKI, 21 avqust. TELEQRAF
“Türkiyə ilə sərhədin açılmasına gəlincə, ümid edirəm və əminəm ki, nə vaxtsa Ermənistan-Türkiyə sərhədi də açılacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
Baş nazir Ermənistan vətəndaşlarının səyahət imkanlarına toxunaraq, qarşılıqlılıq prinsipini də qeyd edib:
“Bəli, sülh dövründə insanlar turist kimi istənilən yerə gedə bilərlər və mən də öz mesajlarımda bu gündəliyə toxunmuşam”.