BAKI, 15 avqust. TELEQRAF
Gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsini müzakirə edəcəyik.
Teleqraf xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
“Gələn həftənin sonunda Azərbaycan tərəfi ilə görüşüm nəzərdə tutulub. Orada bu məsələlərə (Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları və ya dəhlizlərinin açılmasına) baxacağıq. İrəliləyiş var”, - o bildirib.
Overçuk görüşün Rusiyada olacağını açıqlayıb.