TBİLİSİ, 14 avqust. TELEQRAF

Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların yaşadığı Yor Muğanlı kəndində qətl törətməkdə təqsirli bilinən şəxs saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan 2004-cü il təvəllüdlü E.Q. adlı şəxs əvvəllər qəsdən adam öldürməyə görə məhkum edilib.

İstintaqla müəyyən olunub ki, həmin şəxs Yor Muğanlı kəndində keçmişdə baş vermiş mübahisə zəminində 1999-cu il təvəllüdlü K.M. adlı şəxsi döş nahiyəsindən soyuq silahla ölümcül yaralayaraq hadisə yerindən qaçıb. Yaralı gənc hospitalizasiyadan öncə dünyasını dəyişib.

Cinayətin törədilməsində istifadə olunmuş bıçaq maddi sübut kimi müsadirə edilib.

Təqsirləndirilən şəxsi 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.