BAKI, 12 avqust. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, söhbət zamanı Mirzoyan ötən həftə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən və Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün böyük əhəmiyyət kəsb edən müzakirələrin nəticələrinə toxunub.
Ermənistan XİN rəhbəri bu baxışı bölüşdüyünə və prosesdə göstərdiyi dəstəyə görə Qazaxıstana minnətdarlığını bildirib.
Ararat Mirzoyan və Murat Nurtleu iki ölkə arasında qarşılıqlı faydalı və strateji yönümlü tərəfdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Regional kommunikasiyaların açılması və nəqliyyat şəbəkəsinin inkişafı ilə təmin olunacaq imkanlara toxunublar.