BAKI, 11 avqust. TELEQRAF

“İran regiondankənar qüvvələrin Cənubi Qafqaza müdaxiləsinə qarşıdır”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

ABŞ-nin Ermənistanın cənubundan keçəcək nəqliyyat dəhlizinə (“Tramp yolu”) nəzarəti ilə bağlı İran rəsmisi bildirib:

“Regiondankənar güclərin bu sahəyə müdaxiləsi İranın nöqteyi-nəzərindən regionun təhlükəsizliyi və sabitliyinə ziyan vurur və İran artıq öz etirazını açıq şəkildə ifadə edib”.