BAKI, 31 iyul. TELEQRAF

“Ermənistan və Azərbaycan arasında sülh olacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik vilayətində (Qərbi Zəngəzur) Azərbaycanla sərhəd kəndlərinin sakinləri ilə görüşündə deyib.

Sakinlərdən birinin sülh olub-olmayacağı ilə bağlı sualına prezident belə cavab verib: “Olacaq, olacaq, sülh olacaq, biz hazırda bunun üçün çalışırıq”.