BAKI, 2 iyul. TELEQRAF

“Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı həm Rusiyanın, həm də Azərbaycanın maraqlarına uyğun olaraq qalır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində müvafiq sualı cavablandırarkən qeyd edib.

“Bu, hər iki ölkənin maraqlarına cavab verən çox mühüm layihədir”, - Rusiya rəsmisi bildirib.