BAKI, 10 iyun. TELEQRAF
İyunun 12-də Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında “Erməni Apostol Kilsəsindən uzaq olun!” şüarı altında etiraz aksiyası keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstandakı erməni icması məlumat yayıb.
Aksiyanın təşkilatçıları bildiriblər ki, tədbirin məqsədi Erməni Apostol Kilsəsinə dəstək ifadə etmək və milli-mənəvi dəyərləri qorumaqdır. İştirakçılar Ermənistanda mövcud hakimiyyətin kilsəyə qarşı ardıcıl və məqsədli hücumlar həyata keçirdiyini iddia edir və bu fəaliyyəti “antimilli” adlandırırlar.
İcmanın yaydığı məlumatda vurğulanır ki, Erməni Apostol Kilsəsi erməni xalqının milli kimliyinin, tarixi yaddaşının və mənəvi birliyinin əsas dayağı kimi qəbul olunur.
Təşkilatçılar Gürcüstanda yaşayan həmvətənlərini iyunun 12-də saat 16:30-da keçiriləcək nümayişdə fəal iştirak etməyə, kilsəyə və milli ruhani irsə sahib çıxmağa çağırıblar.