BAKI, 6 iyun. TELEQRAF
“Ermənistanın Sünik rayonunun (Qərbi Zəngəzur – red.) iki azyaşlı sakini azaraq Azərbaycan ərazisinə keçib”.
Teleqraf xəbər verir ki, bu iddia ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti çıxış edib.
İddiaya görə, Sünik rayonunun Teq kəndinin (Dığ) sakinləri Karen Armen Cangiryan (27.06.2007-ci il təvəllüdlü) və Andrey Armen Qyaqunts (13.01.2008-ci il təvəllüdlü) yolu azaraq Azərbaycan ərazisinə keçib.
Ermənistan MTX qeyd edib ki, vətəndaşların yerinin müəyyən edilməsi üçün tədbirlər görülür.