BAKI, 6 iyun. TELEQRAF

Ermənistanın müxalif “Respublika Uğrunda” partiyasının sədri Arman Babacanyan və bir qrup tərəfdarı Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun İrəvana səfərinə qarşı parlamentin önündə etiraz aksiyası keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Partiya sədri qeyd edib ki, bundan sonra bütün yüksək rütbəli Rusiya rəsmilərinin səfərlərini etiraz aksiyaları ilə qarşılayacaqlar.

Babacanyan bu kontekstdə 20-21 may tarixləridə Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrova qarşı keçirdikləri etiraz aksiyasını xatırladıb.