BAKI, 5 iyun. TELEQRAF

İyunun 5-də Ermənistan hökumət binası yaxınlığında Erməni Apostol Kilsəsinə dəstək aksiyası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Aksiyada “Nikolu cəhənnəmdə gözləyirlər” şüarı səsləndirilib.

“Ölüm mələyi” libası geyinmiş aksiyanın təşkilatçısı (adı açıqlanmır) hamını bu mübarizəyə qoşulmağa çağırıb:

“Nikol qırmızı xətti keçdi. Hamı Erməni Apostol Kilsəsinin düzgün addım atmasını və bütün mübarizəyə rəhbərlik etməsini gözləyir. Kilsədən xahiş edirik ki, heç olmasa yürüş keçirsinlər, Ermənistan hakimiyyətini zəbt etmiş bu şəri (Baş nazir Nikol Paşinyanı) qovsunlar”.

Aksiya iştirakçısı Eleanora Manandyan jurnalistlərə “ölüm mələyi” barədə deyib:

“O, ölümün elçisidir, o, Nikolun cəhənnəmə qayıtmasının vaxtının çatdığını söyləmək üçün cəhənnəmdən gəlib”.

Azsaylı insanın iştirak etdiyi aksiya gülüşlə qarşılanıb.

Xatırladaq ki, Nikol Paşinyanla erməni kilsəsi arasında münasibətlər son illərdə, xüsusən də hökumət nümayəndələrinin bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb etməsindən və onun 44 günlük müharibədə Azərbaycana məğlubiyyətə görə Ermənistan hakimiyyətini kəskin tənqid etməsi səbəbindən pisləşib. Baş nazirin ötən həftə katolikosu subaylıq andını pozmaqda və onun övladının olmasında ittiham etməsindən sonra kilsə ilə hökumət arasındakı gərginlik açıq müstəviyə keçib. Ermənistan baş naziri bəyan edib ki, subaylıq andını pozduğu üzə çıxsa, II Qaregin vəzifəsindən ayrılmalı olacaq.