BAKI, 29 may. TELEQRAF

"Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məsləhətləşmələr aparılır".

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması prosesi son mərhələyə qədəm qoyub və müəyyən irəliləyişlər var.

“Sülh quruculuğu prosesində irəliləyiş əldə etmişik. Əlbəttə, bütün problemlər həll olunmayıb, deyə bilmərik ki, bütün sülh gündəliyi tam yerinə yetirilib. Amma bununla bağlı nəticələr var. Sülh sazişinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq. Sülh müqaviləsinin mətni yekunlaşıb və indi onun imzalanması qalır”, - qurum rəhbəri bildirib.

Qriqoryan əlavə edib ki, Ermənistan sülh sazişinin imzalandığı gün ATƏT-in Minsk qrupunu buraxmağa hazırdır.