BAKI, 22 may. TELEQRAF

“İran və Ermənistan arasında (hərbi) əməkdaşlığın inkişafı üçün şərtlər artıq yetişib”.

Teleqraf xəbər verir ki, bunu İran müdafiə naziri Əziz Nəsirzadə deyib.

“Əməkdaşlığın inkişafı üçün şərtlər artıq yetişib və Ermənistan müdafiə nazirini (Suren Papikyan) ölkəmizin müdafiə obyektlərinə baş çəkməyə dəvət etmişik”, - iranlı nazir bildirib.

Əziz Nəsirzadə əlavə edib ki, Cənubi Qafqaz İran üçün həm geosiyasi, həm də geostrateji baxımdan böyük əhəmiyyət kəsb edir. İran müdafiə naziri Ermənistanın bölgədə Tehran üçün xüsusi əhəmiyyəti və rolunu da vurğulayıb.

Xatırladaq ki, Əziz Nəsirzadə 20-21 may tarixlərində Ermənistandan olan həmkarı Suren Papikyanın dəvəti ilə İrəvanda səfərdə olub. İran müdafiə nazirinin İrəvanda keçirdiyi görüşlər zamanı əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən müdafiə və iqtisadi sahələr müzakirə olunub, Ermənistan Müdafiə Nazirliyi ilə anlaşma memorandumu imzalanıb.