BAKI, 21 may. TELEQRAF
"Ermənistanın Qafan (Qərbi Zəngəzur) şəhərində Rusiya konsulluğunun açılması üçün hazırlıq işləri aparılır".
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda bildirib.
Onun sözlərinə görə, məsələ bu gün İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşündə müzakirə olunub.
“Biz ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların, ilk növbədə, ticarət-iqtisadi əməkdaşlıq, təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı diplomatik mövcudluğun genişləndirilməsi, xüsusən də Rusiya Federasiyasının Qafanda baş konsulluğunun açılması kimi sahələri ətraflı araşdırdıq. Hazırda hazırlıq işləri aparılır”, - rusiyalı nazir Ararat Mirzoyan ilə birgə mətbuat konfransında deyib.