BAKI, 20 may. TELEQRAF

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadə Ermənistanda rəsmi səfərdədir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada deyilir ki, Əziz Nəsirzadə Ermənistan müdafiə naziri Suren Papikyanın dəvəti ilə İrəvana səfər edib.