BAKI, 19 may. TELEQRAF

“Robert Köçəryan qatildir, o, hakimiyyətə pul qazanmaq üçün gəlmişdi”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Cəmiyyətin Robert Köçəryana qarşı münasibəti dəyişməz şəkildə formalaşıb. Müharibədən sonra da bir çoxları seçkiyə getməyə ona görə qərar verdilər ki, birdən qatil bir daha hakimiyyətə qayıtmasın. Onun düşüncə tərzi erməni xalqına, Ermənistana yaddır, Ermənistanla əclaf kimi davranıb. Onlar bura pul qazanmaq və insanları öldürmək üçün gəlmişdilər. Onlar qatildir”, - Simonyan bildirib.

Parlament rəhbəri Robert Köçəryanı Nasist Almaniyasının lideri Adolf Hitlerlə müqayiəs edib:

“Hitler də müxtəlif yerlərdə böyük maraqlar görürdü, amma bu, onun qatil olmadığı anlamına gəlmirdi”.

Simonyan jurnalistin Köçəryanın kimisə öldürdüyünü görüb-görməməsi ilə bağlı sualına belə cavab verib:

“Hitlerin kimisə öldürdüyünü görmüsünüz? Mən Robert Köçəryanın qatil olduğuna inanıram, əlləri qan içindədir”.