BAKI, 8 may. TELEQRAF
Ermənistan hökuməti bu gün keçirilən iclasında Ermənistan Respublikasının İran İslam Respublikası, Oman Sultanlığı, Qətər Dövləti, Türkmənistan və Özbəkistan Respublikası arasında beynəlxalq nəqliyyat və tranzit dəhlizinin yaradılması haqqında sazişə (bundan sonra Aşqabad Sazişi) qoşulmasını təsdiqləyib.
Teleqraf xəbər verir ki, qərar Ermənistan hökumətinin bu gün keçirilən iclasında təsdiq edilib.
Əsasnamədə bildirilir ki, Aşqabad Sazişinə qoşulmaq üzv dövlətlərin ərazisindən yük və sərnişinlərin daşınması və tranziti üçün etibarlı şəraitin yaradılmasına, multimodal daşımaların asanlaşdırılmasına, nəqliyyat xərclərinin optimallaşdırılmasına, respublikanın tranzit rolunun artırılmasına, nəqliyyat təhlükəsizliyinin artırılmasına, üzv dövlətlərin nəqliyyat təşkilatları üçün bərabər şəraitin yaradılmasına töhfə verəcək.