BAKI, 18 aprel. TELEQRAF
Yenidən Süniki (Qərbi Zəngəzur) ziyarət etmək məni çox sevindirdi.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallaqer "X" səhifəsində yazıb.
Britaniyalı diplomat bildirib ki, regionda davamlı sülh və sabitlikdə yeni səhifə açılacağına ümid edir.
“Sülh və təhlükəsizlik bu dinamik regionun potensialını (məsələn, nəqliyyat dəhlizi kimi – red.) reallaşdırmaq üçün açardır”, - səfir qeyd edib.
Qallaqer Britaniyanın bölgədə sülhə davamlı dəstək verdiyini vurğulayıb.