
BAKI, 14 aprel. TELEQRAF
Ermənistanın sərhəddə yerləşən Tavuş vilayəti (Azərbaycan tərəfindən) atəşə tutulmur.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü, Tavuşun deputatı Vahe Qalumyan deyib.
Deputat jurnalistlərə yenicə Tavuşdan İrəvana gəldiyini bildirib:
“Orada olanda atışma səsi eşitmədim”.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın müxalif mediası və bölgə sakinləri Azərbaycan ordusunun Tavuşu atəşə tutması barədə yalan iddialar yaymışdı.