BAKI, 23 mart. TELEQRAF

Azərbaycanın Ermənistandan bir sıra əlavə tələbləri var.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı Qarnik Danielyan deyib.

Onun sözlərinə görə, rəsmi Bakının əsas tələblərindən biri Ermənistandakı hərbi cinayətkarların (Serj Sərkisyan, Robert Köçəryan, Seyran Ohanyan və digərləri – red.) Azərbaycana ekstradisiyası ilə əlaqəlidir.

“İrəvan nə qədər bundan yayınmağa çalışsa da, Azərbaycan bəyan edir ki, sülhlə bağlı əsas tələb Ermənistan konstitusiyasına dəyişikliklərin həyata keçirilməsidir. Bundan əlavə, dəhlizin açılması, azərbaycanlıların Ermənistanda məskunlaşdırılması (Qərbi Azərbaycan məsələsi – red.), Azərbaycana qarşı hərbi cinayətlər törətmiş şəxslərin ekstradisiyası, Ermənistanın beynəlxalq məhkəmə orqanlarından iddialarını geri götürülməsi, Ermənistan-Azərbaycan sərhədindən Aİ missiyasının çıxarılması, Minsk qrupunun ləğvi və Ermənistanın demilitarizasiyası ilə bağlı tələblər irəli sürülür”, - Danielyan bildirib.