BAKI, 18 mart. TELEQRAF

İsveçrə parlamentinin Kantonlar Şurası (yuxarı palata) “Dağlıq Qarabağ üçün Sülh Forumu: ermənilərin geri qayıtma ehtimalını təmin etmək” adlı təxribatçı təşəbbüsün lehinə səs verib.

Teleqraf xəbər verir ki, bədnam təşəbbüs Qarabağdan könüllü getmiş ermənilərin qaytarılması və artıq ləğv edilmiş qondarma qurumla ( “Dağlıq Qarabağ” adlandırılır - red.) rəsmi Bakı arasında dialoqun təmin olunmasını nəzərdə tutur.

Həmçinin layihədə İsveçrə hakimiyyəti bunlarla bağlı ayrıca platforma yaratmağa çağırılır.

Kantonlar Şurasının qərarı eyni bədnam təklifin 2024-cü il dekabrın 17-də parlamentin aşağı palatası olan Milli Şura tərəfindən qəbul edilməsindən sonra verib.