
BAKI, 5 mart. TELEQRAF
Bakı Ermənistan Baş naziri Nikol Paşinyandan Mehridən keçəcək maneəsiz yol və ya dəhliz tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” yazır.
Erməni nəşri bildirir ki, Paşinyan dünən “Armenpress”də dərc olunan məqaləsində kommunikasiyaların açılması ilə bağlı təkliflərini təqdim edib:
“Ermənistan baş nazir qeyd edir ki, yolların açılması məsələsi mahiyyətcə həllini tapıb. Həmçinin o bildirir ki, Bakı İrəvanın təkliflərini rədd edir.
Məqalədə aydın olur ki, Bakı Paşinyandan (nəqliyyat yolları ilə bağlı) “Sülh qovşağı” proqramından imtina edərək, 10 noyabr bəyanatının 9-cu bəndini yerinə yetirməyi tələb edir. Həmin məqam isə ondan ibarətdir ki, Azərbaycana çəkiləcək yol maneəsiz olmalıdır.
Bənddə vurğulanır ki, regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyaları blokdan çıxarılır, Ermənistan vətəndaşları, nəqliyyat vasitələri və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə zəmanət verir”.