BAKI, 27 fevral. TELEQRAF

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı tələblərindən imtina etməyib.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” yazır.

Erməni nəşri xatırladır ki, İrəvan fevralın 25-də gözlədikləri sülh müqaviləsi ilə bağlı Bakının cavabını aldıqlarını açıqlayıb, amma hansı cavabı aldıqları açıqlanmır:

“Nikol Paşinyan dünən bildirib ki, razılığa gəlməyiblər.

Razılaşdırılmamış məqamlara daha ikisinin əlavə olunduğuna dair ehtimallar var: Zəngəzur dəhlizinin açılması və Ermənistanda yeni konstitusiyanın qəbulu. Son vaxtlara qədər ikitərəfli bəyanatlar verilirdi ki, iki məsələdə razılığa gəlməyiblər: bir-birinə qarşı beynəlxalq məhkəmələrdə iddialardan imtina etmək və üçüncü dövlətlərin nümayəndələrini sərhəddə yerləşdirməmək”.

“Hraparak”ın yazdığına görə, razılaşdırılmamış iki müddəa Ermənistan konstitusiyasına düzəliş və Zəngəzur dəhlizi ilə bağlıdır:

“Yollarla bağlı bəndin müqavilədən çıxarıldığı barədə aylar əvvəl açıqlama olmuşdu. İrəvan indi bunu təkzib etsə də, müqavilədə belə bəndlərin olmadığını bildirsə də, gedişat və Azərbaycandan gələn son mesajlar göstərir ki, Bakının dedikləri gec-tez reallığa çevrilir”.