BAKI, 26 fevral. TELEQRAF

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı sosial media hesabında paylaşım edib.

Teleqraf xəbər verir ki, o, qeydlərini soyqırımına aid foto ilə paylaşıb.

“İllər keçsə də, bu faciənin acısı hələ də qəlbimizdə təzədir. Xocalıda soyqırımı zamanı həyatını itirən qardaşlarımızı və bacılarımızı rəhmətlə anıram”, - Bayraktar bildirib.