BAKI, 20 fevral. TELEQRAF

Zəngəzur dəhlizi vasitəsilə türk dünyasını daha praktik və daha qısa marşrutla bir-birinə bağlamaq istəyirik.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu deyib.

Nazir Çindən Orta dəhlizlə çıxan yüklərin Xəzər dənizi, Azərbaycan və Gürcüstan üzərindən Türkiyə və üç dənizə çatacağını qeyd edib:

“Kapıkuledən yüklər Avropaya göndərilə bilər. Bura müəyyən sərmayələr qoymuşuq və bunu davam etdiririk. Bu dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizini reallaşdırmağa çalışırıq. Birbaşa nəqliyyat baxımından alternativə sahib olmaq və türk dünyasını daha praktik və daha qısa marşrutla bir-birinə bağlamaq istəyirik”.