"Bakı 2015"in Alovu ötən bazar günü axşam çağında Bakıda prezident İlham Əliyev qarşılayıb.
Teleqraf.com-un məlumatına görə, bu gün Alov Bakıda davam edən səyahətinin ikinci günündə Avropa Oyunlarının keçiriləcəyi 18 idman obyektindən 9-a səfər edib.
Belə ki, Alov bugünkü səyahətinə BMX Veloparkında başlayıb. Məşəli İntellektual Oyunların qalibi Balaş Qasımov daşıyıb. Sonra Alovu Azərbaycanın sinxron üzgüçülük üzrə milli komandasının üzvü Tatyana Nikitina Bakı Su İdmanı Mərkəzi boyunca aparıb.
Məşəli Basketbol Arenasında Azərbaycan idmançısı Elxan Əliyev daşıyıb. Daha sonra Alov Dağ Velosipedi Parkında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucova verilib.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm