Fransanın www.le-caucase.com saytında Avropa Oyunlarına həsr edilən “Bakı – Avropa Oyunlarında əlçatanlıq” adlı məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə möhtəşəm idman tədbirinin keçiriləcəyi arenalardan söhbət açılır. Qeyd edilir ki, bütün arenalara gediş-gəliş çox gözəl təşkil edilib. Arenaların ən üstün cəhəti isə orada fiziki qabiliyyəti məhdud olan şəxslərə bərabər şəraitin yaradılmasıdır.

Müəllif bildirir ki, bu mötəbər tədbir vasitəsilə Azərbaycan dünya standartları səviyyəsində möhtəşəm idman yarışları keçirmək iradəsini ortaya qoyub. Bu məqsədlə paytaxtda möhtəşəm idman infrastrukturu yaradılıb, jurnalistlərin fəaliyyəti üçün əlverişli şərait təşkil edilib. Müəllif bütün idman tədbirlərinin əlillər və onları müşayiət edən şəxslər üçün pulsuz olmasını çox gözəl addım kimi qiymətləndirir.

Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq mümkündür:

http://www.le-caucase.com/2015/06/05/bakou-les-jeux