BAKI, 11 aprel. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkmənistan-Çin Hökumətlərarası Əməkdaşlıq Komitəsinin və onun alt komitələrinin rəhbərlərinin təyin edilməsinə dair fərman imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, sənəd Türkmənistan və Çin arasında ikitərəfli münasibətləri daha da inkişaf etdirmək məqsədilə qəbul edilib.