BAKI, 10 aprel. TELEQRAF

Daşkənddə Özbəkistan və Fransa arasında strateji tərəfdaşlığın parlament ölçüsünü inkişaf etdirmək və gücləndirmək məqsədi daşıyan Özbəkistan-Fransa adlı ilk parlamentlərarası forum keçirilib.

Teleqraf xəbər verir ki, forumda siyasi dialoq, iqtisadi tərəfdaşlıq və mədəni-humanitar əməkdaşlıq mövzularında üç tematik sessiya keçirilib.

Birinci sessiyada parlamentlərarası əməkdaşlığın gücləndirilməsi perspektivləri, parlament diplomatiyasının inkişafı və “Mərkəzi Asiya - Avropa İttifaqı” formatı çərçivəsində səylərin əlaqələndirilməsi müzakirə olunub.

İkinci sessiya investisiya və ticarət əməkdaşlığının genişləndirilməsinə həsr olunub.

Üçüncü sessiyada iştirakçılar təhsil proqramlarının inkişafı və Daşkənddə Özbəkistan-Fransa Universitetinin yaradılması təşəbbüsü də daxil olmaqla, mədəni-humanitar əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.

Tədbirin sonunda tərəflər əməkdaşlığı daha da genişləndirməyə, parlamentlərarası əlaqələri intensivləşdirməyə və əməkdaşlığın əsas sahələrində birgə təşəbbüsləri inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.